Tərkibi:
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 15 000 BV; 150 000 BV\10 ml
Köməkçi maddələr: zeytun yağı, vitamin E
Farmakoterapevtik qrupu:
Farmakodinamikası
Vitamin D3 raxit əleyhinə aktiv faktordur. D vitamininin ən mühüm funksiyası kalsiumun və fosfatların metabolizmini tənzimləməkdən ibarətdir ki,
bu da skeletin düzgün minerallaşmasını və inkişafını təmin edir. Vitamin D3 – D vitamininin təbii formasıdır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25 %-dən yüksək olması ilə fərqlənir. O, qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Bağırsağa, böyrəklərə və sümük sisteminə təsir göstərir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. Kalsium ionlarının konsentrasiyası skelet əzələlərinin tonusunun saxlanmasını, sinir impulsarının ötürülməsini, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.
Uşağın sürətli inkişaf dövründə qidada D vitamininin çatışmaması, onun sorulmasının zəifləməsi, kalsium çatışmazlığı, günəş şüaları qarşısında olmamaq raxitin yaranmasına səbəb olur; böyüklərdə bu, osteomalyasiyaya, hamilə qadınlarda tetanus simptomlarının meydana çıxmasına,yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına səbəb ola bilər.Hormonal pozğunluqlarla əlaqədar tez-tez osteoporozun inkişaf etməsi nəticəsində menopauza dövründə olan qadınlarda D vitamininə olan tələbat yüksəlir.
Farmakokinetikası
Vitamin D3-ün sulu məhlulu yağlı məhluluna nisbətən daha yaxşı sorulur.Vaxtındanəvvəl doğulmuşlarda ödün yaranması və onikibarmaq bağırsağa daxil olması kifayət qədər olmadığından yağlı məhlul şəklində olan vitaminlərin sorulması pozulur. Peroral qəbuldan sonra xolekalsiferol nazik bağırsaqda absorbsiya olunur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır.Xolekalsiferolun qandan yarımxaricolma dövrü bir neçə gün təşkil edir və böyrək çatışmazlığı zamanı bu müddət uzana bilər. Preparat plasentar baryerdən keçir və ana südünə nüfuz edir. Orqanizmdən sidik və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Əks göstərişlər
D3 vitamininə və ya D-COLEROL FORT-un digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, yüksək qan təzyiqi (Hipertoniya), ateroskleroz, ağciyər vərəmi, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür: Hamiləlik və laktasiya dövründə mümkün gündəlik doza 400-800 BV təşkil edir. Zərurət yarandıqda nəzarət altında gündəlik dozanı 4000 BV/gün qədər artırmaq olar.
İstifadə qaydası və dozası: 1ml D-KOLEROL FORT 25 damcıdır.
Göstərişlər |
Damcı sayı |
Ekvivalent BV D3/gün |
Ekvivalent μq xolekalsiferol / gün |
Həftəlik doza BV vitamin D3 |
D vitamin defisitinin və ya çatışmazlığın müalicəsi üçün |
Gündə 1-6 damcı |
600-3600 B.V. |
15-90 μq |
4200-25200 BV (7 damcı 1.68 ml –yə qədər) |
Malabsorbiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası |
Gündə 1-3 damcı |
600-1800 BV |
15-45 μq |
4200-12600 BV (Həftədə 7-21 damcı) |
Malabsorbiya ilə bağlı D vitamini çatışmazlığının müalicəsi |
Gündə 1-16 damcı |
600-9600 BV |
15-240 μq |
4200-67200 BV (7 damcı 4,48 ml –yə qədər) |
Körpə və uşaqlarda Raxit xəstəliyinin müalicəsi |
1 yaşdan aşağı: Gündə 5 damcı
1 yaşdan yuxarı: Gündə 10 damcı
Dəstəkləyici doza Gündə 1 damcı |
1 yaşdan aşağı: 3000 BV
1 yaşdan yuxarı: 6000 BV
Dəstəkləyici doza 600 BV |
1 yaşdan aşağı: 75 μq
1 yaşdan yuxarı: 150 μq
Dəstəkləyici doza 15 μq |
1 yaşdan aşağı: 21000 BV (1,4 ml) 1 yaşdan yuxarı: 42000 BV (2,8 ml) Dəstəkləyici doza 4200 BV (0,28 ml) |
D vitamin defisiti səbəbilə əmələ gələn Osteomalyasiyanın müalicəsi |
Gündə 16 damcı Dəstəkləyici doza Gündə 2-3 damcı |
9600 BV Dəstəkləyici doza 1200-1800 BV |
240 μq Dəstəkləyici doza 30-45 μq |
67200 BV (7 damcı 4,48 ml –yə qədər) Dəstəkləyici doza 8400-12600 BV (həftədə 14-21 damcı) |
Osteoporozun kompleks müalicəsində |
Gündə 1 damcı
|
600 BV |
15 μq |
4200 BV (Həftədə 7damcı) (0,28 ml) |
Osteoporotik sınıqlar təhlükəsi olan yaşlı və qlükokortikoid müalicə alan pasientlərdə kalsium ilə birlikdə profilaktikası |
Gündə 1 damcı
|
600 BV
|
15 μq
|
4200 BV (Həftədə 7damcı) (0,28 ml) |
İkincili hiperparatireoz |
Gündə 2-5 damcı
|
1200-3000 BV
|
30-75 μq
|
8400-21000 BV (həftədə 14 damcıdan 1,4ml yə qədər) |
İstifadə qaydası: D-COLEROL FORT gündə 1 dəfə daxilə qəbul edilir.
Buraxılış forması: 10 ml, şüşə flakonlarda. 1 flakon. 150000BV\10 ml
İstehsalçı: Vefa İlaç San. ve Tic. Ltd. Şti., Türkiyə.
Qeydiyyat vəsiqəsi:№19-00282 28.03. 2019