/public/editor/elFinder/php/../files/images/medicine_images/unimac2.jpg
Share this:

Unimac


Tərkibi:

Bir kapsulun tərkibinə daxildir:

Maka (Lepidium meyenii) ekstraktı          170 mq

Tribulus terrestris ekstraktı                       250 mq

L-arginin                                                   500 mq

Epimedium                                                 50 mq

Jenşen ekstraktı                                        25 mq

Koenzim Q10                                             30 mq

 

Farmakoloji qrupu:

Enerji və libido stimulyatoru.

 

Farmakoloji xususiyyətləri:                                                                                                            

Unimac  preparatının tərkibindəki aktiv maddələrdən ibarət olan unikal kombinasiya libidonu və reproduktiv funksiyanı effektiv surətdə artırır. Unimac, həmçinin fiziki və emosional aktivliyi təbii yolla gücləndirir.

Maka ekstraktı sink, dəmir, manqan, kalsium, B qrupu vitaminləri, C və E vitaminləri ilə zəngindir. Hər iki cinsdə də təbii hormon tarazlayıcı təsirə malikdir, cinsi hormonların optimal balansının qorunmasına kömək edir. Həm kişilərdə, həm də qadınlarda libidonu, cinsi istəyi, seksual performansı gücləndrir, məhsuldarlığı artırır, frigidliyi azaldır. Həddindən artıq yorğunluq, halsızlıq hissinə qarşı enerji səviyyəsini yüksəldərək köməkçi olur. Fiziki və emosional dinclik hissi verir. Enerji verici, davamlılıq və atletik performans artırıcı təsiri vardır. Stressə qarşı fiziki və emosional olaraq adaptasiya təmin edilməsinə köməkçi bir adaptogendir.

Tribulus Terrestris – orqanizmin energetik imkanlarını, erektil funksiyasını və seksual aktivliyini artıran maddədir.

L-arginin spermatogenezə müsbət təsir göstərir, spermatozoidlərin hərəkətliliyini və əmələ gəlməsini artırır.

Jenşen və L-arginin ereksiyanın keyfiyyətini və uzun müddətliliyini təmin edir. Jenşen tonuslandırıcı, ümumi möhkəmləndirici təsir göstərir.

Epimedium – Cənub-Şərq Asiya təbabətinin ənənəvi bitki xammalıdır. O, kişi və qadın libidosunu gücləndirən ən effektiv dərman bitkilərindən sayılır. Tərkibində flavonoidlərdən inkariin, steroid saponinlər və alkaloidlər saxlayır. Eksperimentdə təsdiq olunmuşdur ki, epimedium spermatozoidlərin miqdarını, hərəkətliliyini və spermanın sıxlığını artırır.

 

Göstərişləri:

  • Libidonun zəifləməsi
  • Impotensiya
  • Sonsuzluq
  • Reproduktiv sistemin xəstəlikləri
  • Böyrəklərin və sidikçıxarıcı yolların xəstəlikləri (pielonefrit, böyrək çatışmazlığı).
  • Idmançıların əzələ gücünün və kütləsinin artırılması məqsədilə

 

Əks göstərişləri:

Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi həssaslıq.  Hamilə və süd verən qadınlar. Kişilərdə prostat vəzinin hipertrofiyası.

 

Qəbul qaydası və dozalanması:

1 kapsuldan gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra qəbul olunur. Uzun müddət istifadəsi məsləhət görülür. 

 

Buraxılış forması:

Kapsul  N30

 

İstehsalçı: 

VEFA İlaç San. Və Tic. Ltd.Şti.

Azərbaycan respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti