/public/editor/kcfinder/upload/images/medicine_images/simbavit.jpg
Share this:

Simbavit sirop


Tərkibi:

Hər  10  ml-də

Beta-qlükan                                              10 mq

Vitamin  A                                            1667 BV

Vitamin    B1                                         0,8  mq

Viyamin   B2                                         0,9  mq

Vitamin   B3  ( niasinamid )                  8.5  mq

Vitamin  B 5                                         3.5   mq

Vitamin B6                                             0,5 mq

Vitamin B7 (Biotin)                               15 mkq

VitaminB 9 (fol turşusu )                     300 mkq

Vitamin B12                                         1,5 mkq

Vitamin C                                             59.7 mq

Vitamin D3                                           400  BV

Vitamin E                                               8,0 BV

Vitamin K1                                          20  mkq

Sink                                                       5,0 mq

Yod                                                   0.075  mq

Manqan                                                 1,0  mq

Selen                                                   0.045 mq

 

Xüsusiyyətləri:

Simbavit siropu uşaqlar üçün nəzərdə tutulmuş, xüsusi vitamin, mineral və bioloji aktiv maddələr kompleksidir. Siropun tərkibindəki vitamin və minerallar uşaq orqanizminin sağlam boy artımı və inkişafı üçün həyati vacib əhəmiyyət daşıyır. Bu vitamin və mineralların miqdarı gündəlik normaya uyğundur. Bundan əlavə, preparatın  tərkibində uşaq orqanizminin təbii müqavimətini (immun sistemini) artıran unikal İmmunoaktiv kompleksi var: beta qlükan, vitamin C və sink. Simbavit siropunun tərkibinə daxil olan vitamin, mineral və digər aktiv komponentlər böyüyən uşaq orqanizmi üçün zəruri və çox faydalıdır. Xoşagələn dadı vardır .

Beta qlükan - immunomodulyator olaraq, sümük iliyində DNT və RNT -nin miqdarını tənzimləyir, interferonun sintezini və T-limfositlərin aktivliyini artırır, viruslarla mübarizə aparır.

Sink - boy hormonunun, insulinəbənzər boy faktorunun sintezində iştirak edir.Sink hüceyrələrin bərpası, immun və sinir sistemi, büllurun normal fəaliyyəti və tamlığı üçün lazım olan vacib antioksidantlardan biridir.

Manqan - mərkəzi  sinir  sisteminin işini  normallaşdırır.

Selen - orqanizmdə zülalların yaranması üçün vacibdir, o, qaraciyərin normal işini dəstəkləyir, immun sistemi gücləndirir.

Yod - qalxanabənzər  vəzinin  fəaliyyətini  normallaşdırır.

 

Göstərişləri:

  • Hipo və avitaminozların profilaktika və müalicəsi

  • Uşaqların boy artma və ümumi inkişaf dövrü

  • Sümük toxumasının formalaşma dövrü

  • Xroniki mədə-bagırsaq xəstəlikləri

  • Hipotrofiya və ya bədən çəkisinin itkisi

  • Tam dəyərli olmayan qidalanma zamanı

  • Iştahanın azalması

  • Raxit və distrofiyanın profilaktika və müalicəsi

  • Sinir sistemi tərəfindən olan dəyişikliklər: nevritlər, polinevritlər, paresteziyalar

  • Uzunmüddətli antibiotikoterapiya

  • Əqli və fiziki aktivliyin zəifləməsi

  • Hemorragik diatez

  • Dəmir defisitli, hipoxrom və digər anemiyalar

  • Revmatizm

  • Vərəm

  • Yanıq, yara və sınıqların müalicəsi zamanı sagalma və regenerasiya proseslərini sürətləndirmək məqsədi ilə

  • Dəri və seliklı qişaların müxtəlif xəstəlikləri zamanı ( süd yarası. dermatozlar )

bir cox xəstəliklərin kompleks müalicəsində

 

Qəbul qaydası və doza:

3-6 yaş                                 5 ml x 1 dəfə

6 yaşdan böyüklər             10 ml x 1 dəfə

 

Xəbərdarlıq:

Gündəlik məsləhət görülən dozanı artırmaq olmaz.Saglam qida və pəhriz zamanı tam dəyərli qida əlavəsi kimi istifadə etmək olmaz

 

Saxlama şəraiti:

Preparat quru, qaranlıq, uşaqlar üçün əlcatmaz yerdə  250 C  temperaturdan aşağı şəraitdə saxlanılmalıdır.Donmadan və düz düşən günəş şüalarından qorumaq lazımdır.

 

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı individual həssaslıq. Fenilketonuriya.

 

Buraxılış forması:

Sirop  150 ml

 

İstehsalçı:

VEFA İlaç San. və Tic. Ltd. Şti.

Azərbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.