/public/editor/kcfinder/upload/images/medicine_images/rovacel%2010.jpg
Share this:

Rovacel


Tərkibi:

Rozuvastatin 10 mq, 20 mq

 

Farmakoloji təsiri:
ROVASEL – hipolipidemik vasitə. Preparatın təsiredici maddəsi rozuvastatin – 3-hidroksi 3 –metilqlütarilkoenzim A-nı xolesterinin sələfi olan mevalonata çevirən hidroksimetilqlütaril KoA reduktaza fermentinin konkurent selektiv inhibitorudur. Rozuvastatinin fəaliyyət yeri qaraciyərdir, harda ki aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) katabolizmi və xolesterinin əmələ gəlməsi baş verir. Rozuvastatin hüceyrə membranları üzərində aşağı sıxlıqlı lipoproteinlərə həssas olan qaraciyər reseptorlarının sayını artırır, bu da aşağı sıxlıqlı lipoproteinlərin katabolizminin və tutulmasının artmasına və çox aşağı sıxlıqlı lipoproteinlərin (ÇASLP) əmələ gəlməsinin qarşısını alır. Nəticədə qan zərdabında çox aşağı və aşağı sıxlıqlı lipoproteinlərin miqdarının azalması müşahidə olunur. Rozuvastatin ümumi xolesterinin, triqliseridlərin və xolesterin (ASLP), xolesterin (ÇASLP) artmış səviyyələrini azaldır. ROVASEL-in maksimal təsiri qəbulundan 21 gün sonra inkişaf edir və daimi olaraq saxlanır. Preparatın qəbulunun artıq 7-ci günündən sonra ROVASEL-in terapevtik təsiri müşahidə olunur, 14 günlük qəbulundan sonra isə preparatın effektivliyi maksimal mümkün olan qədərin 90%-ni təşkil edir. ROVASEL daxilə qəbul olunduqdan təqribən 5 saat sonra təsiredici maddənin  qan zərdabında maksimal konsentrasiyası müşahidə olunur. Biomənimsənilmə - təxminən 20%. Qaraciyərdə kumulyasiya olunur. Qəbul olunan dozanın təqribən 90%-i plazma zülalları (albuminlər) ilə birləşir. Qəbul olunan dozanın təqribən 90%-i dəyişilməmiş şəkildə bağırsaqdan nəcislə eliminasiya olunur, həm absorbasiya olunmuş, həm də sorulmamış rozuvastatin xaric olunur. 10% maddə böyrəklərlə xaric olunur. Yarımparçalanma periodu təqribən 19 saatdır, dozanı yüksəltdikdə dəyişilmir. 

İstifadəsinə göstərişlər:

  • Aterosklerozun terapiyasında hipolipidemik müalicə təyin olunmuş xəstələrdə xəstəliyin proqressivləşməsini ləngitmək üçün;
  • Homoziqot ailə xolesterinemiyasında digər xolesterinazaldıcı müalicəyə (məs, ASLP-aferez) və ya diaetaya əlavə olaraq, həmçinin bu cür müalicələr effektsiz olduğu vəziyyətlərdə;
  • Qarışıq hiperxolesterinemiyada (tip Iıb) qeyri-medikamentoz metodların (bədən çəkisinin azaldılması, fiziki aktivlik) və qidalanmanın dəyişdirilməsi effektsiz olduğu vəziyyətlərdə pəhrizə əlavə kimi;
  • Birincili hiperxolesterinemiya tip IIa (həmçinin, ailəvi heteroziqot hiperxolesterinemiya).

 

İstifadə qaydası:

1 -2 tablet gündə 1 dəfə axşam. Preparat, qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında su ilə daxilə qəbul olunur. Çeynəmək olmaz. ROVASEL-in dozasını müalicəyə cavabdan və  rozuvastatinin təyinat məqsədindən asılı olaraq seçirlər, bu zaman lipoproteidlərin hədəf səviyyələri tövsiyyələri nəzərə alınmalıdır. Preparatla müalicə zamanı pasientə davamlı istifadə etməsi üçün hipolipidemik dieta (standart) təyin olunur. 

Əks göstərişlər:

Aktiv stadiyada olan qaraciyər xəstəlikləri, o cümlədən transaminazaların səviyyəsinin məlum olmayan mənşəli davamlı artışı, həmçinin transaminazların səviyyəsinin normanın yuxarı sərhəddini 3 və daha çox dəfə aşması ilə gedən istənilən artışı; Böyrəklərin  ≤30 ml/dəq. kreatinin klirensi ilə müşayiət olunan funksiya pozulması; Hamiləlik və süd əmizdirmə dövrü; 18 yaşa qədər uşaqlar.

 

Buraxılış forması:

Tabletlər 10 mq N20, 20 mq N20

 

İstehsalçı:

İlko İlaç San. və Tic. A.Ş, İstanbul, Türkiyə.

Qeydiyyat vəsiqəsi: №15-00921 07.10.2015