/public/editor/kcfinder/upload/images/medicine_images/revelact.jpg
Share this:

Revelact


Tərkibi:

5.5 ml – birdəfəlik dozada oral məhlul

Arabinogalactan          275  mq

Lactobacillus reuteri      4  mlrd

 

Xüsusiyyətləri:

Arabinoqalactan prebiotik təsiri olan liflər olub, mədə- bağırsaq traktında qaz və meteorizm kimi əlavə təsirlər yaratmadan bağırsaq mikroflorasını balanslaşdırır, sağlam bakteriyaları çoxaldır və yoğun bağırsaqda olan zərərli bakteriyaların artmasının qarşısını alır. Bağırsaqda olan sağlam bakteriyalar qidalandırıcı komponentlərin sorulmasını, immun sistemin və  həzm sisteminin normal fəaliyyət göstərməsinin əsasını təşkil edir. Arabinoqalaktan yoğun bağırsaqda yağ turşularının sintezini artıraraq zərərli bakteriya və viruslara qaşı immuniteti artırır.

Lactobacillus reuteri – insanın mədə-bağırsaq traktında olan bir neçə laktobakteriya növündən  biridir. Bağırsağın normal bakterial florasını pozmadan, antimikrob xüsusiyyətli maddələr istehsal edərək bağırsağın normal florasını balanslaşdırır. Bu laktobakteriyalar digər növlərdən fərqli olaraq mədənin aşağı pH –na  və antibiotik təsirinə qarşı dözümlüdürlər. Belə xüsusiyyətləri sayəsində Laktobacillus reuteri ürəkbulanma və diareya kimi mədə - bağırsaq pozuntularının qarşısını alır. Bundan əlavə mədə- bağırsaq traktında yerli immuniteti artıraraq, selikli qişanın iltihabını azaldır və onun zədələnməsinin  qarşısını alır. Kliniki tədqiqatlar  Lactobacillus reuteri-nin atopik dermatitdə də çox faydalı olduğunu sübut etmişdir.

Tövsiyə olunan dozanı düzgün qəbul etmək üçün pipetkadan istifadə edin ( 1 damcı = 0.44 mlrd )

 

İstifadə qaydaları: 

2 yaşadək: 15 damcı-1/2  flakon x 2 dəfə  yeməkdən  2 saat əvvəl

2- 12 yaş: 1 flakon x 1 dəfə yeməkdən  2 saat əvvəl

Başlığı sıxaraq yaxşı çalxalamaq və saat əqrəbinin əksinə çevırərək açmaq.

 

İstifadəsinə göstərişlər:

  • Həyatının ilk günündən bağırsaq mikroflorasının bərpası
  • Yenidoğulmuşlarda bağırsaq sancıları zamanı
  • Qəbizlik
  • Antibiotiklərlə kortikosteroidlərlə müalicə zamanı
  • Uşaqlarda allergik vəziyyətlər ( diatez atopik dermatit )
  • Bağça və məktəbə uyğunlaşma zamanı yaranan bağırsaq pozuntuları
  • İmmunitetin zəifləməsi
  • Helicobacter pylori infeksiyası

 

Əks göstərişləri:

Məlum olan əks göstərişləri yoxdur.

Preparatın hər hansı komponentlərindən birinə qarşı həssaslıq olarsa preparatı qəbul etmək məsləhət görülmür.

 

Xəbərdarlıq:

Tərkibində qlüten yoxdur. İstifadədən əvvəl çalxalayın. 3 yaşadək uşaqların əli çatmayan yerlərdə saxlayın.  Flakon açıldıqdan sonra 12 saat müddətində istifadə edin ! Məsləhət edilən dozadan artıq istifadə etməyin.

 

Saxlama şəraiti:

20 0C sərin və quru yerdə saxlayın. İstehsal tarixi qutuda göstərilmişdir.

 

Buraxılış forması: 

Hər biri 5.5  ml olan 8 flakon

 

İstehsalçı: 

Erbozeta .S.p.A.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.