/public/editor/elFinder/php/../files/l-floxine.jpg
Share this:

L-floxine


Tərkibi:

L-floxine İnfuziya üçün məhlul levofloksasin 500 mq/100 ml

L-floxine tablet: levofloksasin 750 mq

L-floxine tablet: levofloksasin 500 mq

 

Farmakoloji qrupu:

Xinolon qrupu antibakterial dərman vasitələri.

 

Farmakoloji təsiri:

L-floxine bakteriyalara qarşı effektiv antibiotikdir. O, ftorxinolonlar qrupuna aiddir. O, bakteriyaların artmasının, çoxalmasının qarşısını alır və bakteriyaların

aradan qaldırılmasını təmin edir. L-floxine levofloksasinə həssas olan bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.

 

Göstərişləri:

  • Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı (sinusitlər);
  • Xronik bronxitin kəskinləşməsi;
  • Xəstəxanadankənar pnevmoniya;
  • Böyrəklərin və sidik yollanrun iltihabı daxil olmaqla böyrək və sidik yollarmın ağırlaşmış infeksiyaları (pielonefritlər);
  • Prostat vəzinin iltihabı;
  • Dəri və dəri strukturlarının infeksiyaları: Abses (toxumalarda irinin toplanması), sellülitlər, furunkullar, impetiqo (dərinin səthi infeksion mikrob infeksiyası), piodermit (irinli dəri infeksiyası), yara infeksiyası kimi dərinin və dəri törəmələrinin mürəkkəbləşməyən infeksiyaları;
  • Qarayaranın ağciyər forması.

 

Əks göstərişləri:

Levofloksasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər ftorxinolonlara (moksifloksasin, siprofloksasin, ofloksasin) qarşı hiperhəssaslıq, böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.

 

İstifadə qaydası və dozası:

L-floxine infuziya: Preparat 60 dəq. ərzində venadaxili yeridilir.

Pnevmoniya zamanı: gündə 2 dəfə 500 mq 

Sidikqovucu yolların, sidik kisəsinin və böyrəklərin infeksiyon xəstəlikləri: gündə 1 dəfə 250 mq (ağır infeksiyalar zamanı doza yüksəldilə bilər) 

Prostat vəzin infeksiyası: gündə 1 dəfə 500 mq 

Dəri və dərialtı toxuma infeksiyaları: gündə 2 dəfə 500 mq 

Böyrək problemləri zamanı doza azaldıla bilər

Preparatın yeridilmə müddətində ürək ritminə və qan təzyiqinə nəzarət olunmalıdır.

L-floxine 750 tablet:

Tabletlər peroral kifayət qədər su ilə qəbul olunur. Lazım olan doza üçün tabletlər xətt üzrə bölünə bilər. Tabletlər yemək zamanı və yemək arasında fasilə zamanı qəbul oluna bilər. L-floksin dəmir duzları, antasidlər və sukralfatlann istifadəsindən ən azı iki saat əvvəl və ya sonra istifadə olunmalıdır, belə ki, absorbsiyanın azalması baş verə bilər.

L-floxine tabletlər gündə bir dəfə 5-7 gün müddətində təyin olunur.

Dozalanma infeksiyanın növündən, ağırlığından və həmçinin, infeksiyanı törədən bakteriyanın həssaslığından asılıdır. Antibiotiklə müalicə zamanı olduğu kimi, L-floksinin qəbulu xəstədə qızdırma düşdükdən sonra və bakteriyalar məhv olunduqdan ən azı 48-72 saat sonra davam olunmalıdır.

 

Buraxılış forması:

L-floxine 500 tabletlər: örtüklü tablet N7.

L-floxine 750 tabletlər: örtüklü tablet N7.

L-floxine infuziya: flakon 100 ml N1

 

Istehsalçı: 

Deva Holding A.Ş., Türkiyə

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Qeydiyyat vəsiqəsi: №15-00215  26.02.2015

                                 №15-00223  31.03.2015