/public/editor/kcfinder/upload/images/medicine_images/gasdep.jpg
Share this:

Gasdep


Tərkibi:

Bir günlük dozanın tərkibində (3 kapsul)

Razyana (Foeniculum vulgare) toxumu tozu           255 mq

İstiot nanəsi (Mentha piperita) başcığı tozu            150 mq

Adi zirə (Carum carvi) toxumu tozu                        150 mq

Zəncəfil (Zingiber officinalis) kökümsovu tozu        150 mq

Ətirli cirə (Cuminum cyminum) meyvəsi tozu          120 mq

Anis (Pimpinella anisum) toxumu tozu                    105 mq

Bağ tütəkçəsi (Angelica archangelica) kökünün tozu75 mq

Maltodextrin qarışıqlı həzm fermentləri -                 150 mq:

-amilaza, proteaza, qlükoamilaza, lipaza, sellülaza, laktaza, pektinaza.

Lactobacillus acidophilus                             90 mq (3,6 mlrd.)

 

Farmakoloji təsiri:

Gasdep® bitki hissələrindən, həzm fermentlərindən və bağırsaq bakteriyalarından ibarət kombinəşəkilli preparat olub, bağırsaqdaxili qazların və bağırsaq pressinin normal fizioloji vəziyyətini tənzimləyir.

Bitkilər:

İstiot nanəsi (Mentha piperita) həzmyaxşılaşdırıcı, iştahartırıcı, həmçinin, ödqovucu vasitə kimi istifadə olunur.
Razyana (Foeniculum vulgare) spazmolitik xüsusiyyətə malik olub, mədə-bağırsaq spazmını aradan qaldırır, meteorizm zamanı qazqovucu təsir göstərir.

Adi zirə (Carum carvi) təbabətdə iştahartırıcı, ödqovucu, antiseptik və bakterisid vasitə kimi istifadə olunur.

Zəncəfil (Zingiber officinalis) istahanı artırmaq və həzm prosesini  aktivləşdirmək  üçün ən yaxşı vasitə sayılır.

Ətirli cirə (Cuminum cyminum) həzm şirələrinin sekresiyasını artırır, xüsusilə, mədə turşusu ifrazının azaldığı hallarda (hipoasid qastrit) istifadə olunur.

Anis (Pimpinella anisum) MBT-nın motor-sekretor funksiyasını stimulə edir, peristaltikanı normallaşdırır.

Bağ tütəkçəsi (Angelica archangelica) iştahartırıcı, xolelitik və spazmolitik xüsusiyyətlərə malikdir, həzm prosesini yaxşılaşdırır, meteorizmin qarşısını alır.

Enzimlər:

Amilaza - nişastanın maltozaya çevrilməsində iştirak edir, qlukoamilaza isə tam parçalanmasını təmin edir.

Proteaza - zülal fraksiyalarının peptidlərə parçalanmasında iştirak edir.

Lipaza - yağların və yağ turşularının qliserinə qədər parçalanmasını təmin edir. Lipaza və proteaza ayrılıqda istifadə olunduqda bağırsaqdaxili həzm prosesində passiv iştirak edirlər, bu səbəbdən onların sellülaza və pektinaza ilə birgə istifadəsi daha effektivdir.

Sellülaza - polisaxaridləri parçalayaraq bitki mənşəli qidanın həzm olunmasını yaxşılaşdırır.

Pektinaza – bitki mənşəli qidada pektin maddəsini hidroliz edərək, şəkər və tetraqalakturon turşusuna çevirir.

Laktaza - laktozanın parçalanma reaksiyalarını katalizə edərək, süd məhsullarının mənimsənilməsini yaxşılaşdırır.

Lactobacillus acidophilus - qıcqırma-çürümə prosesləri zamanı bağırsaq mənfəzində zəhərli qazların toplanmasının qarşısını alır. Bağırsaq pH-nın azalması üçün vacib olan süd turşusu və sirkə turşusunun sintezində iştirak edir. Bağırsaq mikroflorasında müxtəlif patogen bakteriyaların inkişafını ləngidir. Bağırsaq mikroflorasının tənzimlənməsi üçün vacib olub K və B qrupu vitaminlərinin  sorulmasında, süd məhsullarının mənimsənilməsində, meteorizmin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

Göstərişləri:

  • Mədəaltı vəzi fermetlərinin ekzokrin çatışmazlığı;
  • Xroniki pankreatit, mukovissidoz;
  • Qastro- və pankreoektomiyadan sonrakı dövr;
  • Qida qəbulu rejiminin pozulmaları: yağlı, həddən artıq, qeyri müntəzəm qida qəbulu;
  • Hipodinamiya ilə bağlı həzm pozulmaları;
  • Müxtəlif mənşəli həzm pozulmaları zamanı dispepsiya, gəyirmə, meteorizm, qəbizlik və s. əlamətlərin aradan qaldırılması məqsədilə;
  • Mədə-bağırsaq, qaraciyər və öd kisəsi funksiyalarının zəifliyi ilə bağlı həzm pozulmaları;
  • “Azmənimsənilmə”  sindromu;
  • Müxtəlif mənşəli disbioz və disbakteriozlarda kompleks müalicədə.
  • Hamiləlik zamanı həzm pozğunluğunu,köp kimi halları aradan qaldırır.

 

Qəbul qaydası:

1 kapsuldan gündə 3 dəfə yemək arası qəbul edilir.

 

Buraxılış forması:

Gasdep® 500 mq N45 kapsul.

 

İstehsalçı:

Erbazeta, İtaliya