/public/editor/kcfinder/upload/images/medicine_images/bazosid.jpg
Share this:

Bazosid


Tərkibi: Hər 1.5 q flakonda:

Ampisillin-natrium (USP) -1q susuzlaşdırılmış ampisillinə uyğundur

Sulbaktam-natrium (USP)-0,5q susuzlaşdırılmış sulbaktama uyğundur

 

Farmakoloji təsiri:

Bazocid, yarımsintetik antibiotik, ampisillin-natrium ilə beta-laktamazaların geri dönməyən ingibitoru olan sulbaktam-natriumun kombinasiyasıdır.

Ampisillin-natrium aktiv fazada olan mikroorqanizmlərin hüceyrə divarının mukopeptid qatının biosintezini ingibə etməklə bakterisid təsir göstərir. Lakin bir sıra mikroorqanizmlərdə penisillin və sefalosporinlərə qarşı davamlı beta-laktamazlar aşkar edilmişdir ki, sulbaktam-natrium belə ştamlarda beta-laktamaz enzimlərini geri dönməyən şəkildə ingibə edir. Beləliklə Bazocid - sulbaktamın ampisillinlə sinerqizmini təşkil edən, daha geniş antibakterial effekt göstərən preparatdır. Bazocid həm Gram-mənfi (Hemaphilus influenzae, Branhamella catarrhalis, Proteus vulqaris, Proteus species, Providencia rettgeri, Providencia stuartii, Morqanella morqani, Neisseria qonorrhoeae), həm də Gram-müsbət (Staphylococcus aureus, Staphylococcus epidermidis, Staphylococcus saprophytikus, Streptococcus pneumoniae, Streptococcus faesalis, Streptococcus pyogenes, Streptococcus viridans) və bir sıra anaerob mikroorqanizmlərə qarşı (Clostridium species, Peptococcus species, Peptostreptococcus species, Bacteroids species, B.fragillis) qeniş təsir spekerinə malikdir.

Farmakokinetika: Bazocid, venadaxili yeridikdə sulbaktam/ampisillinin plazmada pik konsentrasiyası 15 dəq sonra yaranır. Əzələ daxilinə yeridildikdə isə, 30-60 dəq. sonra yaranır. Plazmada konsentrasiyası yeridilən dozadan və şəxsin bədən чəkisindən asılıdır. Yarımatılma dövrü hər ikisi iiчün 1 saatdır. Bazocid istifadəsindən sonra 8 saat ərzində böyrək funksiyası normal olan şəxslərdə, sulbaktam/ampisillinin 75-85%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur. Bazocid orqanizmin toxuma və mayelərinə tez və asanlıqla keчir, periton mayesində, bağırsağın selikli qişasında, appendiksdə və digər toxumalarda sinergist bakterisid konsentrasiya yaradır. Meningitlərdə sulbaktam və ampisillinin onurğa beyin mayesinə keчməsi, Bazocidin venadaxili yeridilməsindən sonra müşahidə olunur.

 

Göstərişləri:

  • Cərrahi infeksiyalarda;
  • Qarın boşluğu infeksiyaları;
  • QBB orqanları infeksiyaları;
  • Doğuş və ginekoloji infeksiyalar;
  • Oynaq və sümük infeksiyaları;
  • Tənəffüs yolları infeksiyaları;
  • Qonorreya;
  • Dəri və yumşaq toxumaların infeksiyaları.

 

Istifadə qaydası:

Yenidoğulmuş və 12 yaşa qədər uşaqlara (12kq)150mq/kq/sutkalıq doza 2-3 dəfəyə istifadə edilir.

Böyüklərə1,5 mq hər 6-8 saatdan bir.

Bazocidin maksimal sutkalıq dozası 4 q-dan artıq olmamalıdır. Orta-ağır dərəcəli infeksiyalar zamanı dozalar arası intervalı 12 saata qədər uzatmaq olar.

Vena daxili istifadəsi 5ml distillə suyu ilə inyeksiya məhlulu hazırladıqdan sonra 10-15 dəq. müddətində, yaxud 50-100 ml müvafiq həlledici ilə venadaxili məhlul hazırladıqdan sonra 15-30 dəq. müddətində yeridilir.

Hazırlanmış məhlul 15-30 dəq. ərzində yeridilməlidir. Müalicə müddəti infeksiyanın ağırlıq dərəcəsindən asılıdır.

 

Buraxılış forması:

Bazocid 1,5 g ağ quru toz şəkildə şüşə flakonda, yanında həlledicisi  5ml 1% lidokain hidroxlorid ilə birlikdə buraxılır.

 

İstehsalçı:

Deva, Türkiyə

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Qeydiyyat vəsiqəsi: № 14-00670 17.06.2014