/public/editor/kcfinder/upload/images/medicine_images/apteranit.jpg
Share this:

Apteranit


 

Baş biti və sirkə müalicəsi üçün şampun.

Tərkibi: Dimetikon, təmizlənmiş su, maye parafin, setearil spirti,

qliserin, propilenqlikol.

Apteranit şampun haqqında

Müasir üsulla tətbiq olunan Yeni nəsil şampundur.

Apteranit şampun, təsirini böcək dərmanı ya da zəhər tərkibli məhsullardan fərqli olaraq fiziki yollarla göstərir. Tərkibindəki dimetikon sayəsində bit və sirkələrin üzərini əhatə edərək örtür və tənəffüs yollarının tıxanması nəticəsində boğularaq ölmələrini təmin edər. Buna görə də, bitlərdə şampuna qarşı rezistentlik əmələ gəlməsinin qarşısı alınır. Daha əvvəl dərman tərkibli məhsullara qarşı rezistentlik əmələ gəlmiş bitlərin müalicəsi üçün də təsirlidir. Şampunun istifadəsindən sonra təkrar yoluxma yolu ilə bitlənmə riskinə qarşı müntəzəm  olaraq nəzarət edilməsi və şampunun təkrar istifadə edilməsi lazımdır. 

Bir ədəd Apteranit şampun 4 istifadə üçün kifayətdir. 2 yaşdan böyük uşaqlarda istifadə oluna bilər.

İstifadə qaydası:

  1. Bit və sirkələrin aşkar olunması. Qutunun içindəki incə dişli Apteranit bit darağından istifadə edərək yaxşı olar ki gün işığında bütün ailə fərdlərinin saçını diqqətlə yoxlayın. Saçında bitə rast gəldiyiniz fərdləri başqalarına yoluxmaması baxımından eyni gün içərisində müalicə edin.

 

  • Quru saçın yoxlanılması daha asandır.
  • Hər şeydən əvvəl saçı açın və kiçik dəstələr şəklində ayıraraq yoxlayın.
  • Bitlərin və sirkələrin əksəriyyətlə çox olduğu saç kökləri, qulaq arxaları və ənsə nahiyəsini yoxlayın.
  • Başqalarına yoluxmasının qarşısını almaq üçün hər dəfə istifadə etdikdən sonra darağı ilıq, sabunlu su ilə yaxşıca yuyub təmizləyin.

 

  1. Apteranit şampununu tətbiq edin. Kifayət qədər Apteranit şampununu quru saça bərabər miqdarda tətbiq edin. Bütün saçı və saç dərisini əhatə etdiyinizdən əmin olun. Xüsusilə boyun və qulaq arxaların saç köklərindən uclarına doğru yaxşıca masaj edin. 10 dəqiqə gözləyin. Bu müvəffəqiyyətli bir müalicə üçün çox lazımlıdır. 100 ml= saçın uzunluğuna görə 4 istifadəyə qədər.

         Saçı yuyun.

10 dəqiqə gözlədikdən sonra kifayət miqdarda su ilə saçdakı şampunu köpükləndirin. Saçı yaxşı-yaxşı yuyun və yaxalayın. Saçın tamamilə yuyulduğundan əmin olun.

  1. Bit və sirkələri təmizləyin.

Saçı qurutmadan əvvəl bit və sirkələri  təmizləmək üçün incə dişli Apteranit bit darağı ilə darayın.

  • Yaş saçı incə dişli bit darağı ilə darayın.
  • Alından ənsəyə və bir qulaqdan digərinə qədər saçı 4 hissəyə ayırın. Uzun saçlarda hər hissəni bağlaya bilərsiniz.
  • Baş dərisinin görünə bilməsi üçün hər hissəni kiçik dəstələrə ayırın.
  • Daraqdan istifadə edərək mövcud olan bütün bit və/və ya sirkələri təmizləyin.
  • Sirkələrdən təmizlənmiş hər saç dəstəsini eyni tərəfə toplayın.
  • Yoluxmanın qarşısını almaq üçün hər saç dəstəsini təmizlədikdən sonra darağı bir parça pambıq ilə silin və hər dəfə saçı kökdən uca doğru darayın.
  •  
  1. 7 gün sonra müalicəni təkrar edin.

İlk 4 addımı təkrarlayaraq müalicəni 7 gün sonra yenidən tətbiq edin. Bu bitin həyat dövrünün tamamilə qırılmasına zəmanət verəcəkdir. İlk müalicə sonrasında yumurtadan çıxan yeni sirkələr də beləcə yox ediləcəkdir. Müalicəni bir neçə dəfə təkrar etməyin heç bir riski yoxdur.

Ətrafı dezinfeksiya etməyi unutmayın.

Baş ilə təmasda olan geyimləri, yataq üzlərini, dəsmalları və digər əşyaları (fırça, daraq və s.) 70⁰C temperaturda yuyaraq dezinfeksiya edin. Evi və avtomobili tozsoranla diqqətlə təmizləyin və tozsoranın zibil torbasını atın.

Xüsusi qeyd.

Təsir mexanizmi kimyəvi olmadığı üçün bitlərdə Apteranit şampununa qarşı rezistentlik əmələ gəlməz. Ancaq müalicə almış şəxslər müalicə almamış şəxslərdən təkrar olaraq  yoluxa bilərlər (məs. məktəbdə və ya uşaq bağçasında). Bu halda Apteranit şampununu inamla təkrar olaraq istifadə edə bilərsiniz. Eyni dərəcədə effektli olacaqdır.

Əks göstəriş:

Bu preparatdan aşağıdaki hallarda istifadə etməyin:

  • Tərkibindəki hər hansı bir maddəyə qarşı allergiyası olanlar
  • Gözlənilməyən bir vəziyyət meydana çıxdıqda həkimlə məsləhətləşin.

Hamiləlik və laktasiya dövrü:

Hamilə qadınların və süd əmizdirən anaların Apteranit şampunundan istifadə etməsi əks göstəriş deyil. Amma  şampunu istifadə etmədən əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur.

Buraxılış forması: Flakon 100 ml

İstehsalçı: Vefa Ilaç, Türkiyə

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.